Xaricdə təhsil

Xaricdə təhsil almağı düşünənlərin xarici universitetlərə qəbul və viza şərtləri, təqaüd proqramları və ödəniş şəraitləri ilə tanış olmaması prosesin uzun çəkməsinə, universitetlərdən qəbul almamasına və bəzən də tamamilə tanış olmayan mühitə düşməsinə səbəb olur.

KURSLU xaricdə təhsil mərkəzi tələbələrin istədikləri ixtisasa və xarici universitetə daxil olmasını, sənədləşdirmə və müraciət prosedurunu rahatlaşdıran xidmətlər təqdim edir.

“Biz müştərimiz olan tələbələrin sadəcə təhsil və bilik almağa fokuslanması üçün ehtiyac duyulan bütün fəaliyyətləri həyata keçirməyə hazırıq.”

Biz necə işləyirik?

  1. Xaricdə təhsil almaq istəyən tələbə bizə müraciət edir.
  2. Müraciət edən tələb oxumaq istədiyi ixtisası, ölkəni, universiteti (əgər müəyyən edibsə), təhsil haqqının ödənilmə şəklini (təqaüd və ya öz hesabına), ehtiyac duyulan beynəlxalq imtahanlardan (GMAT, IELTS, TOEFL, GRE, SAT və s.) keçdiyini göstərən sənədi (əgər varsa) təqdim edir.
  3. Verilən məlumatlara əsasən qısa müddət ərzində ölkə və universitetlər, eyni zamanda təqaüd imkanları araşdırılır. Bir neçə alternativ hazırlanır.
  4. Müştəri təqdim edilən alternativlər arasında özünə uyğun olan bir və ya bir neçəsini seçir. Tələb ilə “xaricdə təhsil xidmətlərinin göstərilməsinə dair” müqavilə imzalanır.
  5. Universitetlər tərəfindən təqdim edilən şərtlərə əsasən tələbənin sənədləri hazırlanır və universitetə qəbul proseduruna uyğun olaraq universitetlərə təqdim edilir.
  6. Universitetə qəbul aldıqdan sonra lazımlı sənədlər tələbəyə təhvil verilir.
  7. Xaricdə təhsil mərkəzi həmçinin, tələbənin viza, yaşayış, qeydiyyat və s. məsələlərində də köməklik göstərir.

Xaricdə təhsil imkanları ilə tanış olun

*QEYD: Əgər beynəlxalq imtahanlardan müvəffəq olduğunu göstərən sənəd yoxdursa, KURSLU tədris mərkəzi xaricdə təhsil xidmətlərindən istifadə edən müştərilərə həmin imtahanlara hazırlıq kurslarında endirimli iştirak hüququnu verir.